UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

Bu mövsüm təmsilçimiz “Qarabağ”ın rəqibləri olmuş “Olimpik” Marsellə “Bazel” Fransada qarşılaşıblar. Görüşdə hesab 19-cu dəqiqədə açılıb. Arkadiuş Milik penaltini dəqiq dəqiq yerinə yetirməklə meydan sahiblərini önə keçirib. İkinci hissədə fərq artıb. Polşalı hücumçu özünün və komandasının 2-ci qolunu vurub. 80-ci dəqiqədə Sebastiano Esposito fərqi minimum endirib. Ancaq qonaqların bundan artığına gücü çatmayıb. Marsel – Bazel  2:1

Günün diqqət çəkən görüşlərindən biri Niderlandda keçirilib. PSV “Kopenhagen”lə üz-üzə gəlib. 8 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. İlk hissədə qonaqların heyətində İsak Yohanson, Pep Biel və Lukas Leragerin qoluna meydan sahibləri Kodi Qakponun 1 dəqiq zərbəsilə cavab veriblər. İkinci yarıda təşəbbüsü ələ alan Eyndhoven klubu Ritsu Doan və Kodi Qakponun qolları ilə tarazlığı bərpa ediblər. 78-ci dəqiqədə  Pep Biel danimarkalıları yenidən önə keçirib. Bir neçə dəqiqə sonra isə Eran Zahavi yekun hesabı müəyyənləşdirib. PSV – Kopenhagen 4:4

Niderlandın digər klubu “Alkmar” səfərdə “Bodo Qlimt”ə 1:2 hesabilə məğlub olub. “Feyenord” isə səfərdə “Partizan”dan üstün olub 5:2

“Lester” “ yerli azarkeşlər önündə “Ren”lə qarşılaşıb. 30-cü dəqiqədə Mark Albrayton İngiltərə təmsilçisini önə keçirib. İlk yarıda başqa qol qeydə alınmayıb. Görüşə əlavə olunmuş dəqiqələrdə Keleçi İhenaçyo 2-ci topu rəqib qapısından keçirib. “Lester” – “Ren” 2:0

“Paok” doğma meydanda “Gent”dən, “Roma” isə səfərdə “Vies”dən 1:0 hesabilə üstün olub. “Slavia” Praqa yerli azarkeşlər önündə “Lask”ı məğlub edib 4:1.